Əmlak Məsələləri Dövlət Komitəsi hərraca çıxarılacaq dövlət nəfinə müsadirə edilmiş əmlaklar haqqında məlumat yayıb.
Oxu.Az xəbər verir ki, martın 3-də keçiriləcək hərracda “Nokia” markalı mobil telefonlar da daxil olmaqla, digər müxtəlif markalı mobil telefonlar və danışıq kartları satılacaq.
Belə ki, Səbail rayonu üzrə 29 ədəd müxtəlif markalı mobil telefonlar və danışıq kartları satılacaq ki, ilkin hərrac qiyməti isə 83 manat təşkil edir.
Qaradağ rayonu üzrə isə 22 ədəd “Nokia” markalı mobil telefonlar, danışıq kartları və qidalandırıcı, ilkin hərrac qiyməti isə 69 manatdır.
Bundan başqa, hərraca çıxarılan əmlaklar arasında “HP Office jjet j 4580” markalı rəngli surətçıxaran aparat və “Toshiba” markalı noutbuk da var. Noutbukun ilkin hərrac qiyməti 175 manatdır.
Qeyd edək ki, hərraclarda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10% həcmində beh ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlakla tanış olmaq və sifariş vermək üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə müraciət edə bilərlər. Sifarişlər və aşağıdakı sənədlər Hərracların Təşkili üzrə Auksion Mərkəzində hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək hər gün saat 09.00-dan 18.00-a qədər qəbul olunacaqdır.
- hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
- fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
- müvafiq hesaba 10% behin köçürülməsini təsdiq edən sənədin surəti;
Hərraca çıxarılan əmlakın ilkin satış qiymətinin 10%-i məbləğində behin köçürüləcəyi hesab nömrəsi:
Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN 1401555071,
Müxbir hesab AZ85NABZ01360100000003003944, SWİFT BİK CTREAZ22.
Vəsaiti alan: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi,
Hesab № AZ77CTRE00000000000002647902 VÖEN 2000325371.