Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.
Bu barədə Oxu.Az-a Nazirlər Kabinetindən bildirilib.
Belə ki, dəyişikliyə əsasən, “Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “II. Təsərrüfathesablı təşkilatlar” bölməsinə Dövlət Toxum Fondu da əlavə edilib.
Bu isə o deməkdir ki, Dövlət Toxum Fondu dövlət büdcəsindən maliyyələşdirilməyəcək.
Ülviyyə R. Əli
www.oxu.az