Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dubayda azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə edilib - FOTO
“Prezident İlham Əliyevin iştirakı ilə Dubayda keçirilən COP28 çərçivəsində G77 və Çin Qrupu Liderlərinin Zirvə Görüşündə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə birlikdə ölkəmizin qlobal iqlim dəyişikliyi hədəfləri barədə danışdıq”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki şəxsi hesabında yazıb.
“Azərbaycanın inklüziv inkişafı, yaşıl enerji ölkəsinə transformasiyası, işğaldan azad edilmiş ərazilərimizdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi və minatəmizləmə təşəbbüslərimizlə bağlı məlumat verdik”, - deyə nazir qeyd edib.
Prezident cənab İlham Əliyevin (@azpresident) iştirakı ilə Dubayda keçirilən #COP28 (@COP28_UAE) çərçivəsində #G77 və Çin Qrupu Liderlərinin Zirvə Görüşündə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə… pic.twitter.com/4XZGzYZANd
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 3, 2023
"Çin" teqi üzrə xəbərlər
- Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI
- Rövşən Rüstəmov: "Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılması planlaşdırılır"
- "Puma"dakı tək azərbaycanlı: "Şirkəti idarə edən önəmli şəxslərdən olmaq istəyirəm"
- Çin ABŞ-nin 13 hərbi sənaye müəssisəsinə sanksiya tətbiq edib
- Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb