Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Dünya Bankı: “Azərbaycanda maliyyə idarəedilməsi ilə bağlı nailiyyətlər var”
“Azərbaycan hökumətinin maliyyənin idarəedilməsi ilə bağlı nailiyyətləri var”.
“Report” xəbər verir ki, bunu Dünya Bankının Azərbaycandakı ölkə meneceri Stefanie Stallmeister “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” mövzusunda 3-cü DİM Dialoqunda deyib.
Onun sözlərinə görə, Azərbaycanda büdcə layihəsi ilə bağlı işlər görülür:
“Biz Maliyyə Nazirliyi ilə əməkdaşlıq edirik. Azərbaycandakı bu sahədə nümunələri başqa ölkələrlə paylaşa bilərik”.
S, Stallmeister bildirib ki, DİM üzrə qiymətləndirmədə müəyyən problemlər var:
“Digər ölkələrdə olduğu kimi, Azərbaycan da bu problemlərdən yan keçmir”.
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- Dilçilik İnstitutunda problem: IELTS alimlərə növbəti səviyyəyə adlamağa imkan vermir
- DİM sədri: "Rus bölməsi üçün Azərbaycan dili imtahanları da rəqəmsal formada təşkil ediləcək"
- Sürücülük vəsiqəsi imtahanları DİM tərəfindən keçirilə bilərmi?
- DİM-in şöbə müdiri: "Sertifikatın etibarlılıq müddəti iki il nəzərdə tutulub"
- Məleykə Abbaszadə Yazıçılar İttifaqının üzvlərini Azərbaycan dilindən imtahan verməyə çağırdı