Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Dünya Bankının qlobal direktoru: "Əsrin ortalarında qida tələbatı 50-60% artacaq"
"Son 30 ildə iqlim fəlakətləri kənd təsərrüfatına dörd trilyon dollar zərər vurub".
Oxu.Az xəbər verir ki, bu sözləri Dünya Bankının kənd təsərrüfatı və ümumdünya qida təcrübəsi üzrə qlobal direktoru Şoba Şetti COP29 çərçivəsində "Fermerlər üçün ahəngdar iqlim üzrə Bakı Təşəbbüsünün işə salınması: İqlimə dözümlülük üçün fermerlərin gücləndirilməsi" adlı müzakirə sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, iqlim fəlakətlərinin kənd təsərrüfatına vurduğu zərərlər 2050-ci ildə daha çox artacaq:
"Su qıtlığı, torpağın, kənd təsərrüfatının zərər görməsi hamımıza təsir edir. Əsrin ortalarında əhali sayının 10 milyard nəfərə çatacağını nəzərə alsaq, qida tələbatının 50-60% artacağı ehtimal edilir".
O vurğulayıb ki, dövlətlər tərəfindən özəl maliyyələşmə vacib addımdır:
"Biz bu gün maliyyəni 18 dəfə artıraraq 260 milyon dollara çatdırmalıyıq. Yalnız bundan sonra biz temperatur həcmini 1.5o C-yə çatdıra bilərik. Həmçinin, bizə sübutlara əsaslanan datalar lazımdır ki, iqlim dəyişikliyinin qarşısını almaq üçün tədbirlər görə bilək. Dünya Bankı aqrobiznes töhfələrini artırmağı düşünür. 2030-cu ilə qədər bunu doqquz milyard dollara çatdırmağı hədəfləmişik".
Daha çox foto burada: PhotoStock.Az
Aygün Mirakif
"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"