Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,68% azalaraq bir barelə görə 47,99 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 0,89% ucuzlaşaraq 45,88 dollara satılıb.