Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Əhalimiz 9 ayda 15 milyard manatlıq bazarlıq edib
2013-cü ilin yanvar-oktyabr aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 15,6 milyard manatlıq və ya keçən ilin on ayı ilə müqayisədə 9,7 faiz çox əmtəə satılıb.
Dövlət Statistika Komitəsinnən Oxu.Az-a daxil olan məlumata görə, istehlak mallarının 51,8 faizini ərzaq, 48,2 faizini qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,0 faiz bəndi artıb.
Yanvar-oktyabr aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 2,0 milyon manat təşkil edib.
Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 83,9 faizini hüquqi, 16,1 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 90,4 faizini qeyri-ərzaq malları təşkil edib.