2013-cü ilin doqquz ayı ərzində əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz artaraq 25,4 milyard manata çatıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Statistika Komitəsin verdiyi məlumata görə, bu göstəricinin əhalinin hər nəfərə düşən həcmi orta hesabla 2 736,5 manat və ya ayda 304,1 manat təşkil edib.
Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,9 faiz bəndi üstələyərək 6,2 faiz olub.
Bu dövr ərzində gəlirlərin 68,5 faizi son istehlaka, 9,1 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 20,7 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Əhalinin sərəncamda qalan gəliri 23,1 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 7,5 faiz artıb.