Azərbaycanda bu ilin iyun ayında əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində kommersiya banklarından xalis avro alışı 18 milyon 721,4 min təşkil edib.
Oxu.Az-ın məlumatına görə, Report-un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, iyun ayında əhalinin avro tələbi may ayı ilə müqayisədə 11 milyon 620,1 min və ya 1,6 dəfə artıb.
Ümumiyyətlə, əhali 2016-cı ildə kommersiya banklarından 99 milyon 558,7 min xalis avro alışı həyata keçirib. Keçən ilin iyununda isə bankların əhaliyə xalis avro satışının həcmi 77 milyon 244,3 min təşkil edib.