"Manatın məzənnəsi stabilliyini qoruyub saxlasa da, istehlak məhsullarının qiymətində artım müşahidə olunmaqdadır".
Oxu.Az xəbər verir ki, bunu Sputnik Azərbaycan-a iqtisadçı ekspert Vüqar Bayramov deyib. O bildirib ki, manatın məzənnəsinin sabitliyi istehlak bazarındakı qiymətlərə təsir etmir: “Qiymət artımları süni şəkildə, daha çox gəlir əldə etmək üçün edilir. Ona görə də baş verən qiymət artımlarının iqtisadi əsasları yoxdur”.
Ekspert bildirib ki, sahibkarlar izafi gəlir əldə etməyə çalışırlar. Bu da qiymətlərə təsir göstərir.
İqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, İqtisadiyyat və Sənaye Nazirliyi qiymətlərlə bağlı monitorinqini davam etdirməlidir.
L.Ə.