Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ekspert: “Kənd təsərrüfatında vergi güzəştlərinin dairəsinin genişləndirilməsi vacib məsələlərdəndir” - FOTO
“Kənd təsərrüfatında dividend gəlirləri artıq 2028-ci ilədək vergidən azad olunub. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirləri bu il yanvarın 1-dən etibarən 4 il müddətinə vergidən azad edilib. Bu güzəşt kənd təsərrüfatının inkişafı baxımından vacib addımdır”.
Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb.
O bildirib ki, yeni dəyişikliklərlə bu gəlirlər üzrə azadolma müddəti uzadılıb:
“Bu o deməkdir ki, məsələn, bu sahədə çalışan fiziki şəxs 2024-cü ilin nəticələrinə əsasən, yaranan mənfəət üzrə 30 000 manat dividend elan edirsə, bu zaman hüquqi şəxsin təsisçisi olan fiziki şəxsə dividendi əldə edərkən ödəmə mənbəyində vergi hesablanmayacaq. Çünki yeni dəyişikliklərlə bu gəlirlər üzrə azadolma müddəti uzadılıb. Dəyər zəncirinə uyğun olaraq kənd təsərrüfatında vergi güzəştlərinin dairəsinin genişləndirilməsi vacib məsələlərdəndir. Növbəti illərdə bu sektorda vergi güzəştləri mexanizminin daha da təkmilləşdirilməsi və genişləndirilməsi gözlənilir”.
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT
- Çoxdandır anons edilən reyestr ləngiyir, zərərçəkənlərin sayı isə artır - "Kaspi"nin ARAŞDIRMASI
- İki övladı olan şəxslərin hərbi xidmətə çağırılmaması təklif edilib