Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan Azərbaycan ailəsinin strategiyasında nəzərdə tutulub.
Yaxın 10 il ərzində biz çətin ki, bu qəbildən olan layihələri realizə edə bilək. Bu barədə söhbətlər artıq 5-6 ildir ki, gedir, amma əvvəldən aydın idi ki, Azərbaycan əmlak bazarı buna hazır deyil.
Oxu.Az-a bu barədə “MBA Consulting” şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
Ekspertin sözlərinə görə, ilk növbədə bir sıra məsələlərə aydınlıq gətirmək lazımdır:
“Sosial yaşayış yerlərini kim tikəcək? – İnvestor. İnvestor buna getməyəcək, çünki onlar üçün əlverişli şərait yaratmaq lazımdır ki, yatırım etsinlər.
İnvestor sərmayə yatırmazdan öncə ehtimal edilən gəliri hesablayır, bazarın bu seqmenti bu gün üçün gəlirli deyil. Öncə torpaq sahəsi almaq lazımdır, torpaq sahəsi isə bahadır və getdikcə bahalaşır. Bu gün üçün vəziyyət belədir ki, investor sərmayə qoyduğu zaman gözlədiyi gəliri əldə edəcəyindən əmin deyil”.
Ekspertin sözlərinə görə, bu problemin həllini öz üzərinə icra hakimiyyəti götürə bilər.
“İcra hakimiyyəti bu məqsədlə torpaq sahələri ayırmadıqca, həm də pulsuz, bu layihə realizə edilə bilməz. İnvestorlar üçün imtiyazlı şərtlər tətbiq etmək lazımdır və o zaman bəlkə sosial yaşayış yerlərinin tikintisi başlaya bilər”, - N.İbrahimov qeyd edib.
Gülnarə Zeynalova
www.oxu.az