Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemdə qeydiyyat müddətini artırıb.
Oxu.Az Fineko/abc.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilənə görə, ilkin olaraq sistemdə qeydiyyat üçün son müddət oktyabrın 30-u idi, amma texniki məsələlərə görə son tarixin müddəti uzadılıb.
“Hal-hazırda bu məsələ Vergilər Nazirliyi ilə müzakirə edilir və qərar haqqında məlumat ictimaiyyətə çatdırılacaq”, - nazirlikdə deyiblər.
Azərbaycanda iyul ayının 1-dən fəaliyyətə başlayan elektron əmək müqavilələri sisteminin yaradılması, ölkədə qeyri-qanuni məşğulluğun qarşısını almağa istiqamətlənib.