Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Əli Əsədov qiymət artımından danışdı - VİDEO
Azərbaycanda istehlak qiymətləri idxal edilmiş inflyasiya hesabına artıb.
Bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatını təqdim edərkən deyib.
Baş nazirin sözlərinə görə, inflyasiya son illərdə bütün dünyada ciddi problemə çevrilib:
“O cümlədən, ticarət tərəfdaşımız olan ölkələrdə inflyasiya templərinin artması müşahidə edilib, orta illik inflyasiya 20,4% olub. Bu proses ölkə daxilində də qiymətlərin ümumi səviyyəsinin artmasına təsir göstərib”.
Ə. Əsədov qeyd edib ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib:
"Xüsusilə, ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. İdxal olunan məhsulların illik qiymət indeksinin artımı 22%-dən çox olub. Azərbaycandakı inflyasiya əsasən idxal edilib”.
Daha ətraflı Baku TV-nin süjetində:
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib
- TƏBİB tabeli tibb müəssisələrinin siyahısında dəyişiklik edildi
- "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda dəyişiklik edilib
- Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib
- Nazirlər Kabineti hökmran mövqedən sui-istifadənin qiymətləndirilməsi haqqında qərar verib