Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur.
Oxu.Az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə 2026-cı ilin təsdiqlənmiş dövlət büdcəsinin müqayisəsindən məlum olur.
Qeyd edək ki, elm xərcləri dövlət büdcəsinin funksional təsnifatında "Ümumi dövlət xidmətləri" bölməsinə daxildir. 2027-ci ildə bu bölmə üzrə ümumi xərclərin 5 milyard 521 milyon 830 min 795 manat təşkil edəcəyi proqnozlaşdırılır. 2026-cı ilin təsdiqlənmiş büdcəsində isə müvafiq göstərici 5 milyard 517 milyon 989 min 377 manatdır.
Müqayisəyə əsasən, elm xərclərinin ümumi dövlət xidmətləri üzrə büdcə vəsaitində payının 2026-cı ildəki təxminən 4.2 faizdən 2027-ci ildə 4.7 faizə yüksəlməsi gözlənilir.
Bununla yanaşı, elm sahəsinə ayrılması nəzərdə tutulan vəsaitin 2027-ci ilin ümumi dövlət büdcəsi xərclərində payı təxminən 0.61 faiz təşkil edəcək.
Abbas Mirzəyev