Azərbaycanın Mərkəzi Bankı Türkiyə Mərkəzi Bankı ilə svop əməliyyatları haqqında heç bir danışıq getmir.
Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, Türkiyə Mərkəzi Bankı ilə yalnız milli valyutada hesabalaşmalarla bağlı danışıqlar aparılıb:
“Bu əməliyyatların həyata keçirilməsində bəzi texniki problemlər var. Bunların aradan qaldırılmasına çalışırıq”, - deyə baş bankir bildirib.
Nigar Məmmədova