Azərbaycan Mərkəzi Bankının (AMB) kriptovalyutaya münasibətdə mövqeyi mühafizəkar olaraq qalır.
Oxu.Az Trend.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin plenar iclasında 2018-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, AMB kriptovalyutaya alternativ ödəniş vasitəsi kimi baxmır: "Biz hesab edirik ki, kriptovalyutalar investisiya baxımından təhlükəli alət olaraq qalmaqda davam edir".
L.Ə.