Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) “Azəri-Çıraq-Günəşli” (AÇQ) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından bu il əldə edilən gəlirlərini açıqlayıb.
Oxu.Az xəbər verir ki, SOFAZ-dan verilən məlumata görə, bu ilin yanvar-oktyabr aylarında “Azəri-Çıraq-Günəşli” yataqları üzrə fond 5 milyard 856 milyon dollar “Şahdəniz” yatağı üzrə isə 279 milyon dollar həcmində gəlir əldə edib.
Qeyd edək ki, ümumiyyətlə, 2001-ci ilin əvvəlindən 2015-ci il noyabrın 1-dək “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə 116 milyard 7 milyon dollar, “Şahdəniz” yatağı üzrə isə 2 milyard 399 milyon dollar həcmində gəlir əldə olunub.
Ülviyyə R. Əli
www.oxu.az