Bu gün səhər saatlarında Azərbaycan kommersiya bankları dolların məzənnəsinə dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, hazırda ABŞ valyutasının ən sərfəli alış məzənnəsi 1.6875 AZN, ən sərfəli satış məzənnəsi isə 1,692 AZN-dir.
ABŞ valyutasının sərfəli alışı “TuranBank”dadır. Bu bankda dolların alışı 1,6875 AZN təşkil edir. Sərfəli satış isə “Bank Silk Way” də aparılır. Bankda dolların məzənnəsi 1,692 AZN-dir.
Avronun məzənnəsi üzrə ən sərfəli alış “Gunay Bank ”da həyata keçirilir. Avronun alış məzənnəsi bankda 1,900 AZN-dir. Avro bölgəsinin valyutasının satışı isə ən sərfəli “Amrahbank”dadır - 1,917.

L.Ə.