Bu gün səhər saatlarında Azərbaycan kommersiya bankları dolların məzənnəsinə dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, hazırda ABŞ valyutasının ən sərfəli alış məzənnəsi 1,6870 AZN, ən sərfəli satış məzənnəsi isə 1,6930 AZN-dir.
ABŞ valyutasının sərfəli alışı “Günay Bank”dadır. Bu bankda dolların alışı 1,6870 AZN təşkil edir. Sərfəli satış isə “Dəmirbank” və “Amrahbank”da aparılır. Hər iki bankda dolların məzənnəsi 1,6930 AZN-dir.
Avronun məzənnəsi üzrə ən sərfəli alış “Bank Silk Way”, “Günay Bank”da həyata keçirilir. Avronun alış məzənnəsi hər iki bankda 1,9000 AZN-dir. Avro bölgəsinin valyutasının satışı isə ən sərfəli “Amrahbank”dadır - 1,917.

L.Ə.