Energetika naziri Natiq Əliyev 18-ci Avrasiya İqtisadi Sammitində iştirak etmək məqsədi ilə Türkiyəyə rəsmi səfərə gedib.
Bu barədə Oxu.Az-a Energetika Nazirliyindən məlumat verilib.
İki gün davam edəcək 18-ci Avrasiya İqtisadi Sammitində 50 ölkədən dövlət və hökumət rəhbərləri, hökumət üzvləri, digər rəsmi şəxslər, diplomatlar, deputatlar, keçmiş dövlət və hökumət başçıları iştirak edəcək. Sammit çərçivəsində “İpək yolu: iqtisadi, enerji və maliyyə”, “Sülhə gedən yol” mövzuları üzrə ayrı-ayrı bölmələrdə müzakirələr aparılacaq.
Xatırladaq ki, 2014-cü ilin fevralında İstanbulda keçirilən 17-ci Avrasiya İqtisadi Zirvəsi çərçivəsində TANAP, TAP və “Şahdəniz-2” layihələrinin əhəmiyyəti, o cümlədən İpək yolunda regional və qlobal miqyasda enerji və kommunikasiya layihələri, davamlı inkişaf, iqtisadi inkişafda informasiya texnologiyalarının rolu məsələləri müzakirə olunub.
Qeyd edək ki, sammit Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunub.