“Neftin qiyməti 50 dolları ötsə, ABŞ boş durmayacaq və bu ölkə tərəfindən bazara əlavə həcmdə neftin çıxarılması ehtimalı yüksəkdir”.
Oxu.Az xəbər verir ki, bunu Fransanın paytaxtı Parisdə yerləşən və 26 ölkənin üzv olduğu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol APA-ya müsahibəsində deyib. O bildirirb ki, neft bahalaşacağı halda ABŞ “stock”larındakı ehtiyatları bazara çıxaracaq və bunun nəticəsində OPEC üzvləri ciddi problemlə üzləşəcək.
O ki qaldı OPEC-in nefti bahalaşdırmaq istiqamətində cəhdlərinə, F.Birol deyib ki, OPEC bu cür cəhdlər edir: “Lakin əsas sual bundan ibarətdir ki, bu cəhdlər nəticəsində nə qədər irəliləmək olar? Bu barədə ətraflı və dərindən düşünmək lazımdır. Bir şeyi dəqiq bilmək lazımdır ki, bu, ikinci dalğa neft hasilatçılarına mənfi təsir edə bilər. Buna görə OPEC ölkələri bu dəfə hər şeyi daha ciddi şəkildə düşünməli və başqa alternativləri də dərindən təhlil etməlidirlər”.
L.Ə.