"Dünyada ərzağın 50 faizi Latın Amerikasında istehsal olunur".
Oxu.Az xəbər verir ki, bu sözləri Uruqvay kənd təsərrüfatı və heyvandarlıq naziri Fernando Mattos Kosta COP29 çərçivəsində "Fermerlər üçün ahəngdar iqlim üzrə Bakı Təşəbbüsünün işə salınması: İqlimə dözümlülük üçün fermerlərin gücləndirilməsi" adlı müzakirə sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Uruqvayda fərdlər ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığa cəlb olunublar:
"Burada qadınların rolu, ərzaq təhlükəsizliyinin təmin olunma yolları və s. müzakirə edilir. Həmçinin, dövlət qurumları, investisiyalar da buraya cəlb olunub. Alətlərin çox hissəsi zərərlərin azaldılmasına istiqamətlənib. Biz əməkdaşlıq yolu ilə ərzaq istehsalını gücləndiririk, lakin daha səmərəli inklüziv əməkdaşlıq, beynəlxalq əməkdaşlıq da önəmlidir".
Aygün Mirakif