Dövlət büdcəsi yanvar ayında profisitlə, fevral, mart, aprel, may və iyun aylarında isə defisitlə icra edilib.
Oxu.Az Hesablama Palatasının təhlilinə istinadən xəbər verir ki, ən böyük defisit 499,9 mln. manat olmaqla, mart ayında yaranıb.
Hesabat dövründə gəlirlər üzrə ən böyük icra 1430,0 mln. manat olmaqla, aprel ayında, xərclər üzrə isə 1721,1 mln. manat olmaqla, mart ayında olub. Xərclərin 2017-ci ilin yanvar-iyun ayları üzrə proqnoz və icra göstəricilərinin təhlili göstərir ki, mart və iyun ayları istisna olmaqla, digər aylarda proqnoza riayət edilib. Bununla belə, cari ilin mart ayında xərclər proqnozlaşdırılmış məbləğdən 1,8 faiz bəndi çox icra edilib. Bu da 2016-cı ilin müvafiq göstəricisindən 1,7 faiz bəndi çoxdur.
L.Ə.