Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fidan Behbudova: “Müəyyən xərclər var və onların bir hissəsinin geridönüşü gözlənilir”
“Bu biznesyönümlü tədbirdir. Müəyyən xərclər var və onların bir hissəsinin geridönüşü gözlənilir”.
Oxu.Az xəbər verir ki, bu sözləri “Azərkosmos”un əməkdaşı Fidan Behbudova “74-cü Beynəlxalq Astronavtika Konqresi”nin brifinqində jurnalistin sualını cavablandırarkən deyib.
O bildirib ki, genişmiqyaslı tədbir olduğu üçün, təbii ki, xərclər var:
“Bakı bu tədbirə 2019-cu ildən hazırlaşır. Konqres Mərkəzi ilə birlikdə bütün infrastruktur layihələri həyata keçirilib. Biz hazırda konqresin yüksək səviyyədə keçirilməsi üçün çalışırıq. Yəqin ki, konqresin sonunda bütün hesabatlar hazırlandıqdan sonra xərclər barədə yekun və zəruri məlumatlar ictimaiyyətlə paylaşılacaq”.
Könül Cəfərli