Filizçay yatağının istismara verilməsi ilə ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsi planlaşdırılır.
Oxu.Az xəbər verir ki, bu barədə AzerGold QSC-nın İdarə heyətinin sədri Zakir İbrahimov məlumat verib.
O bildirib ki, Balakən rayonunun inzibati ərazisində yerləşən Filizçay yatağı tərkibində olan filiz ehtiyatlarının həcminə görə Avropanın və dünyanın ən böyük polimetal yataqlarından biridir:
“2021-ci ildə yataq üzrə yataq üzrə əlavə resursların aşkarlanması üzrə 3 232 metr qazma işləri icra edilib. Nümunələr araşdırılıb və müsbət nəticələr əldə edilib.
Yataqda sink, qızıl, gümüş, mis və qurğuşun kimi əlvan metallar mövcuddur. Onun 2025-ci ildə istismara verilməsi gözlənilir. Filizçay yatağının istismara verilməsi ilə mindən çox yeni iş yerlərinin yaradılması planlaşdırılır”.
Nigar Məmmədova