Mərkəzi Bankın Gəncə Regional Mərkəzi üçün inşa edilən binada tamamlanma işləri görülür.
İnşasına 2013-cü ilin avqust ayında başlanan bina 4 mərtəbəlidir. Özəl xüsusiyyətə malik bank binasının fasadı fibrobetonla, eləcə də dəmir şəbəkələrlə işlənib. Bank sisteminin mövcud tələblərinə uyğun olaraq yüksək səviyyədə mühafizə üçün texniki tələbat demək olar ki, tamamilə yerinə yetirilib.
Hazırda həyətində yaşıllaşdırma və asfaltlanma işləri görülən mərkəzin ayın sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.