“Türk Hava Yolları” Gəncədən olan uçuşlarının sayını artırıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, “Türk Hava Yolları”nın Gəncə nümayəndəliyindən bildirildiyi kimi, əvvəllər Gəncədən İstanbula və eyni zamanda, əks istiqamətə həftədə 4 reys yerinə yetirilirdisə, artıq onların sayı 6-ya çatdırılıb.
Beləliklə, çərşənbə, cümə və bazar günləri Gəncə-İstanbul-Gəncə, çərşənbə axşamı, cümə axşamı və şənbə günləri isə Gəncə-İstanbul reysi birbaşa, İstanbul-Gəncə reysi isə Naxçıvan üzərindən həyata keçiriləcək.
Nümayəndəlikdən bildirilib ki, aviareyslər sərnişin sayının çoxalması səbəbi ilə artırılıb.