Bu ilin səkkiz ayında toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı müəssisələri tərəfindən 55,7 milyon manat həcmində məhsul istehsal edilib.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ilin yanvar-avqust ayları ilə müqayisədə geyim istehsalında 45,7 faiz artım, toxuculuq sənayesində 12,9 faiz, dəridən məmulatlar və ayaqqabı istehsalında isə 55 faiz azalma müşahidə olunub.