Bu ilin yanvar-iyul ayları ərzində gömrük orqanlarından dövlət büdcəsinə köçürülən vəsaitin həcmi 764 mln. 015 min manat (974 milyon dollara yaxın) təşkil edib.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövründən 15% artıqdır.
Yeddi ayda əlavə dəyər vergisi üzrə büdcəyə 550 mln. 761 min manat vəsait köçürülüb.
Hesabat dövründə gömrük rüsumları üzrə büdcəyə köçürülən vəsait 157 mln. 982 min manat təşkil edib.
Yanvar-iyul ayları ərzində aksizlər üzrə 45 mln. 232 min manat, yol vergisi üzrə 10 mln. 039 min manat vəsait büdcəyə daxil olub.