“Rusiya ilə sərhəddə yerləşən Xanoba gömrük postunda tikinti işləri uğurla davam etdirilir”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial media hesabında yazıb.
Komitə sədri bildirib ki, bu gün postda aparılan yenidənqurma işləri ilə növbəti dəfə tanış olublar:
“Yaxın gələcəkdə istifadəyə veriləcək bu post sərhəddə yaranan növbələrin tam aradan qaldırılmasını təmin edəcək”.
Rusiya ilə sərhəddə yerləşən #Xanoba #gömrük postunda tikinti işləri uğurla davam etdirilir. Bu gün postda aparılan #yenidənqurma işləri ilə növbəti dəfə tanış olduq. Yaxın gələcəkdə istifadəyə veriləcək bu post sərhəddə yaranan növbələrin tam aradan qaldırılmasını təmin edəcək. pic.twitter.com/ltyb0MQ8GL
— Safar Mehdiyev (@SafarMehdiyev_) July 7, 2021