Ət və ət məhsulları istehsal edən müəssisələrin nümayəndələrinin məsləhət almaq, mütləq standartın tətbiqi ilə bağlı mexanizmi öyrənmək üçün müraciətləri var. Hələ “halal” standartı, standartın tətbiqi ilə mexanizm öyrənilir. Demək olar ki, real bir şey yoxdur. Yəni heç bir şirkətə “halal” standartı verilməyib.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.
O bildirib ki, “halal” standartı almaq istəyən şirkətlərin özləri sertifikatlaşdırma orqanlarına müraciət etməlidirlər.
“Hazırda Komitəyə müraciət edənlər çoxdur. Adlarını sadalaya bilməyəcəm. Hər hansı bir şirkətə “halal” standartı verilərsə, bunu mətbuata açıqlayacağıq” – deyib F.Talıblı.
Xatırladaq ki, bir müddət əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Azərbaycanda heç bir müəssisənin halal kolbasa və sosis istehsal etmədiyini açıqlayıb.
Bir sıra şirkətlər isə bu standartlarla bağlı Dövlət Komitəsinin çox sərt tələblər irəli sürdüyünü vurğulayıblar.