Bu həftədən başlayaraq Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta hərraclarını həftədə 3 dəfə keçirəcək.
Oxu.Az-ın məlumatına görə, Fins.az-ın bank dairələrindən əldə etdiyi məlumata görə, artıq bugünkü valyuta hərracı başlayıb.
Hərraca çıxarılan ABŞ dollarının məbləği də azaldılıb. Bu gün cəmi 50 milyon dollar satılacaq. Bu, son hərraclarla müqayisədə minimum həddir.
Xatırladaq ki, son hərracdan sonra dolların məzənnəsi 1,7867 manat müəyyən olunub.
U.A.
www.oxu.az