Keçən şənbə günü iyulun 25-i Huawei Azerbaijan şirkəti abituriyentləri və onların valideyinlərini universitetlərə qəbul imtahanları zamanı dəstəkləmək məqsədi ilə sosial aksiya keçirmişdir.
Məlum olduğu kimi, bir çox abituriyentin valideyinləri imtahan keçirilən məkan yanında övladlarının imtahandan çıxmalarını gözləyirlər. İsti hava və günəş şuaları bu prosesi çətinləşdirir bəzi hallarda isə gün vurmalarına gətirib çıxarır.
Bununla əlaqədar Huawei şirkəti, imtahanların keçirildiyi məkanlarda “Valideyinlər üçün su” adlı aksiya təşkil edib.
Aksiya zamanı şirkətin əməkdaşları bütün arzu edənləri sərin su ilə təmin edirdilər, iki dəfə isə gün vurmadan əziyyət çəkənlərə ilk yardım göstərilmişdir.
Aksiya cəmiyyətdə geniş əks-səda doğurub, Huawei Azerbaijan isə bu cür sosial layihələri davam etdirməyi planlaşdırır.