2014-cü ilin sentyabr ayında 74,936 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.
Oxu.Az xəbər verir ki, İcbari Sığorta Bürosundan verilən məlumata görə, bunların 19,2 minə qədərini xarici ölkədə qeydiyyata alınıb və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.
“Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6 milyon manatı ötüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 6,2%, sığorta haqlarının məbləğində 5 % artım müşahidə edilib.
Ümumilikdə cari ilin ilk 9 ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 688 mindən çox sığorta müqaviləsi bağlanılmış və müqavilələr üzrə toplanılan sığorta haqlarının məbləği 51,7 milyon manat təşkil etmişdir. 2014-cü ilin ilk 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 5,92%, sığorta haqlarının məbləğində isə 6,1% artım müşahidə edilib”, - deyilir məlumatda.
Gülnarə Zeynalova
www.oxu.az