Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İki türk şirkəti məhkəmə qarşısında - Səbəb Azərbaycan
Türkiyədən Azərbaycana ixrac olunan məhsullarda zərərli maddələr aşkarlanan qidalar arasında “Günaydın” markalı məhsulların olması Türkiyədə eyni adda fəaliyyət göstərən iki ayrı şirkəti hərəkətə gətirib.
Oxu.Az xəbər verir ki, redaksiyamıza məktub ünvanlayan şirkət qadağan olunan məhsulun onlara məxsus olmadığını bildirib:
“Günaydın Süd və Süd məhsulları adı ilə saytınızda yer alan “Günaydın” markasının “Günaydın Et A.Ş” ilə heç bir bağlılığı və əlaqəsi yoxdur. Sözügedən şirkət “Günaydın Et A.Ş.” adından istifadə etdiyinə və “Günaydın” markasının 5556 saylı “Markaların Qorunması” haqqında qanunu pozduğuna görə “Günaydın Et A.Ş” tərəfindən qanuni araşdırma başlanılıb”.
Xatırladaq ki, bir neçə gün öncə Türkiyə Səhiyyə Nazirliyi və Qida Əkinçilik və Heyvandarlıq Nazirliyinin laboratoriya analizləri nəticəsində məlum olub ki, bir çox ölkə ilə yanaşı, Azərbaycana ixrac edilən məhsullarda da insan sağlamlığına zərərli maddələr var.
Tərkibində zərərli maddələr aşkarlanan məhsullar arasında ət məhsulları üstünlük təşkil edir. Bura həmçinin dənli bitkilər, yağ və ağartı məhsulları da daxildir.
Mağazalardan almamağınız məsləhət görülən məhsullar sırasında bir çox çeşidlə yanaşı, “Günaydın” süd qaymağı da var.
E.Ə.
www.oxu.az