Ucar rayonunun Rəstəcə kəndində hər birinin tutumu 6 min kubmetr olan 2 su anbarı tikiləcək.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, rayon su-kanal idarəsindən bildiriblər ki, artıq inşasına başlanılan və gələn il istifadəyə veriləcək hər iki anbar Ağsu rayonunun Külüllü su mənbəyindən çəkilən magistral kəmər vasitəsilə doldurulacaq.
Anbarın suyundan Ucar şəhərinin, habelə Rəstəcə və Qarabörk kəndlərinin sakinləri istifadə edəcəklər.