Azərbaycan hökuməti intellektual mülkiyyət məhsullarında xüsusi nəzarət markalarının (holoqram) tətbiq olunmasını təsdiq edib.
Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Müəllif Hüquqları Agentliyindən bildiriblər.
Hal-hazırda agentlik tərəfindən nəzarət holoqramların tətbiq olunması üçün işçi mexanizm hazırlanır.
“Sənədlərin hazırlanması işi son mərhələdədir. Holoqramlar bu sənədlər əsasında tətbiq olunacaq. Yaxın vaxtlarda holoqramların tətbiq olunacağı gözlənilir”, - agentlikdən deyilib.
Xüsusi nəzarət holoqramları ilə proqram məhsulları, dərman preparatlarının qablaşdırmaları, kitabların (həmçinin dini) cildləri və digər məhsullar nişanlanacaq.
Ümumilikdə müəllif, oxşar və digər hüquqları daşıyan bütün Azərbaycan məhsullarının xüsusi nəzarət holoqramları ilə nişanlanacağı gözlənilir.
Nəzarət markaları müəllif hüququ məhsullarının istehsalçılarına onların sorğusu əsasında məhdud sayda veriləcək. Bu holoqramlar olmadan satılan məhsullar qeyri-qanuni sayılacaq.