Mart ayında Azərbaycana daxil olan beynəlxalq internet trafikinin həcmi kəskin artıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat “Delta Telecom” şirkətinin mart ayı üzrə statistikasında deyilir.
“Delta Telecom” şirkətinin rəsmi statistikasına əsasən, ölkəyə daxil olan internet trafikin maksimal həcmi son bir ayda 3 faiz artaraq 155 Gbp/s-dən çox olub. Bu, Azərbaycana cari il üçün daxil olan internet trafikinin həcminin ən yüksək həddidir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 29 faiz artıb.
Ölkənin çıxış trafikinin maksimal həcmi son bir ay ərzində 12,5 faiz artaraq 40 Gbp/s səviyyəsində qalır, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 50% artıb.