Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İqtisadiyyat naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb - YENİLƏNİB + FOTO
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibləri Nərgiz Balakişiyeva və Nihad Mənsimzadə ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə onların fərdi inkişaf planının icrası istiqamətində görülmüş işlər müzakirə edilib.
Görüşdə hər iki qalibin fərdi inkişaf planının icrası istiqamətində görülmüş işlər müzakirə edilib. İqtisadiyyat naziri idarəçilik bacarıqlarının artırılması üçün effektiv metodlar, əldə edilən təcrübə və biliklərin tətbiqi, gələcək özünüinkişaf hədəfləri barədə fikirlərini bölüşüb, qalib gənclərə fəaliyyətlərində uğurlar arzulayıb.
Müsabiqə qalibləri mentorluq proqramının müasir iqtisadi idarəçilik metodları, strateji planlaşdırma və innovativ texnologiyalarla bağlı təcrübənin əldə edilməsində, ölkəmizin inkişafı naminə bu sahədə töhfə verməkdə faydalı olduğunu vurğulayıblar.
“Yüksəliş” müsabiqəsinin qalibləri mentorluq proqramı çərçivəsində yaradılmış imkanlara görə təşəkkürlərini bildiriblər.
17:14
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibləri Nərgiz Balakişiyeva və Nihad Mənsimzadə ilə görüşüb.
Bu barədə nazir özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Biz gənclərin fərdi inkişaf planının həyata keçirilməsi istiqamətində görülən işlər, idarəetmə bacarıqlarının təkmilləşdirilməsinin effektiv üsulları, eləcə də əldə edilmiş təcrübə və biliklərin tətbiqi ilə bağlı fikirlərimizi bölüşdük”, - deyə nazir qeyd edib.
Mentorluq proqramı çərçivəsində “Yüksəliş” (@yukselish_az) müsabiqəsinin qalibləri Nərgiz Balakişiyeva və Nihad Mənsimzadə ilə keçirdiyimiz görüşdə gənclərin fərdi inkişaf planının icrası istiqamətində görülmüş işlər, idarəçilik bacarıqlarının artırılması üçün effektiv metodlar,… pic.twitter.com/HN3kMezuCK
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 24, 2023
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- "Bakı Biznes Mərkəzi"nin direktoru işdən çıxıb
- İqtisadiyyat Nazirliyinin işçilərinin sayı artırılıb
- Azərbaycanda yeni istiqamət üzrə sahibkarlara güzəştli kreditlər veriləcək
- Azərbaycanda bir dövlət qurumunun elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq
- BP şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib