Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Türkiyənin “Demirören” Holdinqi arasında əczaçılıq məhsullarının istehsalı və satışına dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə nazir Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
O qeyd edib ki, Azərbaycan iqtisadiyyatına 40 mln. ABŞ dolları məbləğində investisiya yatırımını təmin edəcək layihə çərçivəsində qabaqcıl təcrübələrin tətbiqi və yeni iş yerlərinin yaradılması istiqamətində mühüm nəticələr əldə olunacaq.
🇦🇿🇹🇷 Qardaş Türkiyənin “Demirören” Holdinqi ilə #əczaçılıq məhsullarının istehsalı və satışına dair #AnlaşmaMemorandumu imzaladıq. #İqtisadiyyat-ımıza 40 milyon dollar #investisiya yatırımını təmin edəcək layihə çərçivəsində qabaqcıl təcrübələrin tətbiqi və
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 16, 2021
1/2