İranın Mazandaran əyalətinə Avropaya qara kürü ixrac etməyə icazə verilib.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə əyalətin “Şilat” balıq yetişdirmə təsərrüfatının direktor müavini Valiolla Mohammadzadə bildirib.
Onun sözlərinə görə, bu məhsula 1 kiloqram üçün 870 dollar qiymət qoyulub və bu ölkəyə yaxşı valyuta gəliri gətirəcək.
“Mazandaran əyalətinin balıqyetişdirmə təsərrüfatlarından alınmış qara kürü birinci növbədə Avropa ölkələrinə ixrac edilib. Bu ilin dörd ayı ərzində Avropaya artıq 523 kq qara kürü 455 min dollar dəyərində satılıb. Söhbət İngiltərə, Almaniya və Belçika kimi ölkələrdən gedir” - deyə, V.Mohammadzadə əlavə edib.
Ülviyyə R. Əli
www.oxu.az