İranın Türkiyəyə idxal etdiyi təbii qazın həcminin azaldılmasının səbəbi açıqlanıb.
Oxu.Az Bloomberg-ə istinadən xəbərinə görə, rəsmi Tehran bunun texniki nasazlıqla əlaqədar olduğunu açıqlayıb.
Məlumatda bildirilir ki, texniki nasazlıq səbəbindən dünən Türkiyəyə ixrac olunan qazın həcmi müvəqqəti azaldılıb. Hazırda problem aradan qaldırılıb və qazın tam nəqli bərpa olunub.
10:55
Rusiya ilə yaşanan gərginlik bu ölkədən qaz ixracına təsir edərmi? sualı yaranarkən, gözlənməyən bir ölkə Türkiyəyə qaz ixracını azaldıb. İran “Sərt qış səbəbi ilə daxili tələbatım artıb” deyərək Türkiyəyə sutkalıq 30 milyon kub metr qaz nəqlini yarıyadək azaldıb. Bu vəziyyətdən Energetika rəhbərliyi narahatdır.
Oxu.Az xəbər verir ki, bu barədə Habertürk-ün müxbiri yazıb.
Müxbir yazıb ki, bu ölkədən sutkalıq 28-30 milyon kub metr qaz nəql olunur. Ötən gecədən etibarən isə qaz axını nə az nə çox düz 50-60% azalaraq 14-15 milyon kub metrə düşüb.
“Türkiyə ötən illərdə də bu ölkə ilə eyni problemi yaşayıb. İran həmişə daxili tələbatının artıığını əsas gətirərək qazın ixrac həcmini azaldıb.
Türkiyə isə bunun qarşılığında İran qazının baha olması ilə yanaşı, ixracda problemlər yaratdığına görə, İran tərəfini Arbitraj Məhkəməsinə verib. Ümumilikdə Türkiyə bu ölkədən ildə 6 milyard kub metr qaz alır”, - deyə müxbir qeyd edib.
Müxbir yazır ki, Energetika rəhbərliyi oxşar bir bəhanənin Rusiya tərəfindən edilə biləcəyindən narahatdır:
“Energetika rəhbərliyi oxşar bir bəhanənin Rusiya tərəfindən də edilə biləcəyindən narahatdır. Belə ki, Türkiyə gündəlik enerji tələbatının yarısını bu ölkədən aldığı qaz vasitəsilə təmin edir. Ağır qış günlərində istehlak 230 milyon kub metrə çatanda belə problemlər yaşanır”.
Müxbir onu da qeyd edib ki, İran havaların sərt keçməsini bəhanə gətirir. Ancaq paytaxt şəhərdə havanın temperaturu 6-9 dərəcə arasında dəyişir.
Qeyd edək ki, Türkiyənin təbii qaz istehlakı 2014-cü ildə 49,2 milyon kub metr olub. Təbii qaz idxalatında İranın payı 18%-dir.
Ülviyyə R. Əli
www.oxu.az