May ayında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 1458 sığorta müqaviləsi bağlanıb.
Oxu.Az xəbər verir ki, İcbari Sığorta Bürosundan (İSB) verilən məlumata görə, bu müqavilələr üzrə daxil olan sığorta haqları 835,5 min manat təşkil edib.
Həmçinin müvafiq ayda əvvəlki dövrlərdə bağlanmış 687 müqaviləyə dəyişiklik edilib ki, bu müqavilələr üzrə daxil olan sığorta haqları 676,4 min manat təşkil edib.
“Ümumilikdə may ayında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə daxil olan sığorta haqları 1,5 milyon manatdan çox olub”, - İSB-ın məlumatında deyilib.