Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İtaliya rəsmisi: "Azərbaycanla bərpaolunan enerji sahəsində əməkdaşlığı planlaşdırırıq"
"İtaliya gələcəkdə Azərbaycanla bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq etməyi planlaşdırır".
Bunu "Report"a açıqlamasında COP29-un İqlim şəffaflığı üzrə yüksək səviyyəli həmkarı, İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində bildirib.
"Gələcəkdə bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq nəzərdə tutulur. Biz bu sahədə layihələr, xüsusən də bərpaolunan mənbələrdən enerjinin saxlanması məsələsi üzərində işləyirik. Bu, həm İtaliya, həm də Azərbaycan tərəfi üçün çox vacibdir", - o bildirib.
F.Korvaro qeyd edib ki, Azərbaycan və İtaliya enerji sektorunda sıx əməkdaşlıq edir.
O vurğulayıb ki, iki ölkə bu sahənin ətraf mühitə mənfi təsirini azaltmaq üçün birgə çalışır: "Təbii qaz da daxil olmaqla, nəqletmə zamanı istixana qazı emissiyalarını azaltmaq üçün istifadə etdiyimiz bir neçə üsulumuz var. Yadda saxlamalıyıq ki, ədalətli keçid sistemi üçün təbii qazdan istifadəni dəstəkləmək lazımdır".
"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"