İtaliyanın iri qazpaylayıcı şəbəkəsi Snam Transadriatik qaz kəməri (TAP) layihəsinə 400 milyon avro yatırmağa hazırlaşır.
Oxu.Az xəbər verir ki, beləliklə də Snam layihədə iştirak payının 20%-ni almaq istəyir.
Bəzi məlumatlara əsasən öncə layihəyə daxil olmuş Statoil və BP Tap-dakı iştirak paylarını satmağa hazırlaşırlar.
Snam-dan olan italyanlar Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyini qazanmağı düşünürlər.
İ.Əliyev vaxtilə layihəyə yeni iştirakçıların daxil olması üçün heç bir maneə görmədiyini bildirmişdi.
Snam-ın icraçı direktoru K.Malakarne, indi qaz ixracatçılarının gəlirlərinin azaldığının müşahidə edildiyini, bu səbəbdən də lojistik xərcləri azaltmaq lazım olduğunu bildirib.
Universal Avropa qaz şəbəkəsi buna vasitəçi olacaq.
Snam şirkətinin 2015-ci ilin birinci yarımilliyinin nəticələrinə görə, samballı maliyyə nəticələri əldə etdiyi qeyd edilir, 2014-cü ilin analoji dövrü ilə müqayisədə şirkətin dövriyyəsi 3,8% artıb.
2015-ci ilin ilk 6 ayı üçün Snam 559 milyon avro dəyərində investisiya edib. Bu göstərici 1,8 milyard avrodan ibarət olub. TAP layihəsinə qoşulmaq istəyi barədə xəbərdən sonra şirkətin səhmlərinin qiyməti ciddi şəkildə artıb.