Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Kabel televiziyaları ucqar rayonlara peyk vasitəsilə daxil olacaqlar
Azərbaycan Kabel Operatorları Assosiasiyası (AKOA) “Azərkosmos” ASC ilə əməkdaşlığa dair danışıqlar aparır.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Assosiasiyadan bildirilənə görə, Azərbaycanın süni peykinin orbitə çıxarılması artıq ölkənin istənilən nöqtəsində beynəlxalq kanalların yayımına və yerli kanalların beynəlxalq səviyyədə yayımına imkan verir.
Kabel televiziya operatorları üçün ucqar rayonlarda yayımın kabel vasitəsi ilə deyil, peyk vasitəsilə həyata keçirilməsi daha effektivdir.
Danışıqlara əsasən, gələn ildən DVB-T yayımına başlanılacaq.
AKOA-ya ölkənin aparıcı kabel televiziya operatorları “B&B TV”, “KATV1”, “Connect TV” və “AiləTV” daxildir.