2060-cı ilə qədər kənd təsərrüfatında elektrik maşınlarına tam keçid edilməyi planlaşdırılır.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb.
Sektor metan emissiyalarının daha da azaldılmasına və daha yüksək elektrikləşdirmə səviyyələrinə nail olunmasına diqqət yetiriləcək.
2060-cı ilə qədər sektor elektrik maşınlarına tam keçid etməyi və emissiyaların azaldılması potensialını maksimum dərəcədə artırmağı hədəfləyir və bununla da ölkənin dayanıqlılıq məqsədlərinə əhəmiyyətli dərəcədə töhfə verir.