Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsində piyada keçidinin nişanlanma xəttinin silinməsi sakinlərin narazılığına səbəb olub.
Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət ünvanlayan sakinlərin sözlərinə görə, xətlərin silinməsi piyadaların hərəkətinə çətinlik yaradır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, silinən nişanlanma xətlərinin bərpası mərhələli qaydada həyata keçirilir. Sözügedən ərazidə də işlər yaxın zamanda həyata keçiriləcək.