2014-cü ilin iyunun 23-ü vəziyyətinə payızlıq və yazlıq dənli və dənli paxlalıların biçiləcək 1 milyon hektar sahənin 548,5 hektarı (55%) biçilib.
Oxu.Az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Məlumata görə, ümumilikdə bu il 1 milyon 224 min 822 ton məhsul istehsal olunub.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 50% artıqdır.
O cümlədən 646 391 hektar biçiləcək buğda sahəsinin 269 850 hektarı (42%) biçilib, 637 440 ton buğda istehsal olunub.
Məlumatda bildirilir ki, bu il taxıl biçininə yeni alınmış ən müasir tipli Almaniya, Belçika və Finlandiya istehsalı olan “Class”, “New Holland” və “Sampo” markalı 471 ədəd kombayn, ümumi taxıl biçininə isə 2770 ədəd taxılyığan kombayn cəlb olunub, ondan 1670 ədədi yeni alınmış kombaynlardır.
Gülnarə Zeynalova
www.oxu.az